"Polşanın Cənubi Qafqazı əhatə edən mövqeyini yüksək qiymətləndiririk"
Avropa İttifaqı üzv dövləti və Şərq Tərəfdaşlığı proqramının təşəbbüskarı kimi Polşanın bütün Cənubi Qafqazı əhatələyən regional əməkdaşlığı təşviq edən Avropa İttifaqının siyasətinin formalaşmasına xidmət göstərən mövqeyini yüksək qiymətləndiririk.
ULUSUM.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Polşa Prezidenti Andjey Dudaya bu ölkənin Konstitusiya Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb.
Andjey Dudaya və onun simasında bütün Polşa xalqına öz adından və Azərbaycan xalqı adından ən səmimi təbriklərini və xoş arzularını çatdıran dövlət başçısının məktubunda qeyd edilib: “Azərbaycan ilə Polşa arasında dostluq və qarşılıqlı hörmət ənənələrinə əsaslanan əlaqələrin hazırkı səviyyəsi məmnunluq doğurur. İqtisadiyyat, nəqliyyat, mədəniyyət və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığımız ölkələrimizin və xalqlarımızın mənafelərinə xidmət edir”.
Prezident İlham Əliyev əmin olduğunu bildirib ki, Azərbaycan-Polşa əlaqələrinin mövcud potensialının reallaşdırılması, iki ölkə arasında əməkdaşlığın əhatə dairəsinin genişləndirilməsi və yeni məzmunla zənginləşdirilməsi naminə birgə səylər bundan sonra da ardıcıl şəkildə davam etdiriləcək.
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
2026 — Qürur, Birlik və Zəfər İli
Hava haqqında xəbərdarlıq
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
