Müəllimlərin sertifikatlaşdırma imtahanlarının vaxtları AÇIQLANDI
Təhsilverənlərin Sertifikatlaşdırılması Şurasının iclası keçirilib.
Elm və Təhsil Nazirliyindən ULUSUM.az-a verilən xəbərə görə, iclasda sertifikatlaşdırma prosesinin təşkili ilə bağlı müzakirələr aparılıb və test imtahanı mərhələsinin keçirilmə tarixlərinə dair qərar verilib.
Qərara əsasən, 2024-cü il üçün təşkil olunacaq sertifikatlaşdırma prosesində riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat müəllimləri iştirak edəcəklər.
İlk dəfə cəlb olunacaq müəllimlər üçün sertifikatlaşdırma prosesinin test imtahanı mərhələsi 21, 22, 24 iyun tarixlərində, ötən il uğur qazana bilməyən müəllimlərin təkrar sertifikatlaşdırılması isə 8 iyun tarixində keçiriləcək.
Bildiririk ki, təkrar sertifikatlaşdırmaya cəlb ediləcək müəllimlər test imtahanlarının keçiriləcəyi saat, tarix və məkanla bağlı məlumatlarla portal.edu.az platformasında şəxsi kabinetləri vasitəsilə tanış ola bilərlər.
Qeyd edək ki, keçənilki sertifikatlaşdırma prosesinə 29 951 müəllim cəlb olunub. Sertifikatlaşdırmadan keçmiş 5 246 təhsilverənin vəzifə maaşına 35 faiz, 17 914 təhsilverənə isə 10 faiz artım tətbiq edilib.
Cari ildə isə 30 000-dən çox təhsilverən sertifikatlaşdırma prosesinə cəlb ediləcək.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Hava haqqında xəbərdarlıq
2026 — Qürur, Birlik və Zəfər İli
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN