"İnflyasiya bir rəqəmli olacaq" - AÇIQLAMA EKSKLÜZİV
"Hazırda Azərbaycanda qeyri-neft sektoru sürətlə inkişaf etməkdədir. Bu sektorun tərkibində də sənaye xüsusi önəm daşıyır. Dövlətin bu sahədə əldə etdiyi nəticələr yüksəkdir".
Bu barədə ULUSUM.az saytına özəl açıqlamasında deputat Aydın Hüseynov danışıb.
Onun sözlərinə görə, qeyri-neft sektorunda büdcə gəlirlərində 11 faiz artım müşahidə olunmaqdadır. Ümumilikdə isə artım 6.7 faiz təşkil edir. Bu Bu göstəricidə sənaye sektorunun böyük payı var.
Deputat bildirib ki, bu sahənin inkişaf etdirilməsi tək Bakıda və böyük şəhərlərdə deyil, eyni zamanda regionlarda sənayenin inkişafı istiqamətində dövlət proqramları nəticəsində böyük işlər görülür.
Eyni zamanda regionlarda sənaye kompleksləri, sənaye parkları, sənaye məhəllələri fəaliyyətə başlayıb, daha böyük sənaye müəssisələri isə Qarabağ İqtisadi Zonasında inkişafı gedəcək.
"Sənayenin inkişafında tikinti, filiz, bundan başqa yaşıl enerjinin böyük payı var. Ümumiyyətlə bu sahənin inkişafında böyük potensialımız var. Sənaye sektorunun inkişaf etdirilməsi olduqca vacibdir, çünki burada həm əmək tutumu yüksəkdir, eyni zamanda məşğulluğun təmin edilməsi, regionlarda daimi iş yerlərinin açılması deməkdir. Digər tərəfdən isə ixrac rəqabətli məhsullarla dünya bazarına çıxmaq prioritet istiqamətlərdən biridir”.
Deputat həmçinin gələcək planlar barədə anonslar da verib:
“Gələcəkdə ölkənin ümumi daxili məhsulu 3.5 faiz artacağı planlaşdırılır. Eyni zamanda inflyasiya bir rəqəmli olacaq, bu da onu deməyə əsas verir ki, inflyasiyanın azalması iqtisadiyyatımızın dinamik inkişafına yol açacaq".
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi