""TikTok" BAĞLANMALIDIR! Gənc nəsil TƏHLÜKƏDƏ.." - EKSKLÜZİV
"TikTok" bıçaq kimidir, qatilin əlində öldürür, həkimin əlində geri qaytarır. Çünki hazırda psixoloji cəhətdən gənclərə zərər verirsə, buna belə ad qoymaq olar. Ümumiyyətlə TikTok-un bağlanmasının tərəfdarıyam, kəskin yanaşdığıma görə məni qınaya da bilərlər, düşünürəm ki, yaxın gələcəkdə bu sosial şəbəkə ilə bağlı problemlər daha da artacaq".
Belə bir açıqlamanı Ulusum.az saytına özəl deputat Vüqar İskəndərov verib. Artıq bununla bağlı bir neçə ölkədə qabaqlayıcı tədbirlərin həyata keçirildiyini xatırladan Vüqar İskəndərov bəzi insanların bu sosial şəbəkədə pul qazanmaq və tanınmaq üçün ağlasığmaz işlər gördüklərinə diqqət çəkib.
"Misal olaraq Böyük Britaniyanı qeyd edə bilərik ki, dövlət idarələrində bununla bağlı məhdudiyyətlər tətbiq olunub. Eyni zamanda tamamən qadağan edən ölkələr də var və bu say artmaqda davam edir. Son günlər ABŞ-də TikTok-un bağlanması sahəsində ciddi addımlar atılır. Fikrimcə, hazırda elə bir durumdur ki, bunu dövlət bağlamasa belə, Tiktok-da gedən proseslər nəticəsində özü-özünü süquta uğradacaq.. İnsanlar burada ağlasığmaz hərəkətlər edirlər. bu da gənc nəslin mənəviyyatına ağır zərbədir".
"TikTok"u yoluxucu xəstəliyə bənzədən millət vəkili böyüməkdə olan gənc nəsil üçün böyük həyəcan təbili çalır: "Düşünürəm k, yaxın zamanda bu sosial şəbəkə ilə bağlı radikal addımların atılmasına ehtiyac duyulacaq".
Qeyd edək ki, Vüqar İskəndərov Tiktok-dan başqa digər sosial şəbəkələrdə - Facebook-da, İnstaqramda, X sosial şəbəkəsindən aktiv istifadəçidir.
Ağa Dadaşzadə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 09:12
ULUSUM.AZ bu günə olan bürclər haqqında proqnozu təqdim edir: Qoç - diqqətli, ayıq və sayıq olun. Yeni iş ritminə
23-04-2024, 08:30
ULUSUM.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi