AQTA tərəfindən süd məhsulları müəssisəsində ciddi pozuntular aşkarlanıb
Aprelin 7-si Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Bakı şəhəri, Xətai rayonu, Süleyman Əhmədov 6 ünvanında fəaliyyət göstərən "Kaspian Prodakşn Layn" MMC-yə məxsus süd məhsulları istehsal edən müəssisədə ciddi pozuntular aşkar edib.

"Ulusum". az xəbər verir ki, yoxlama zamanı müəssisədə yararlılıq müddəti ötmüş süd məhsullarının yenidən qablaşdırılaraq satışa çıxarılması müəyyən edilib.

Əlavə olaraq, məhsul emalı sahəsində qida təhlükəsizliyi qaydalarına riayət edilmədiyi, kalium sorbatın məhsulda istifadə edildiyi, lakin etiketdə bu barədə məlumatın olmadığı aşkarlanıb.

Müəssisədə həmçinin gigiyena və sanitar qaydalara əməl edilməməsi, çarpaz çirklənmənin qarşısının alınmaması və məhsul saxlanma qaydalarının pozulması müəyyən edilib.

Quru məhsul anbarı ilə əlaqədar ciddi nöqsanlar və soyuducu kameradakı mal qonşuluğu qaydalarının pozulması da müşahidə olunub. Yoxlama zamanı müəssisənin sanitariya vəziyyəti qeyri-qənaətbəxş olub, divarlarda kif və korroziya əlamətləri aşkar edilib.

Həmçinin, emal sahəsində havalandırma sistemlərinin olmaması və xüsusi dolabların təmin edilməməsi də qeyd edilib.

Nümunələr laboratoriyaya göndərilərək tədqiq edilib. Faktla bağlı sahibkar barəsində inzibati protokol tərtib olunub və nöqsanların aradan qaldırılması üçün göstərişlər verilib.

Nöqsanlar aradan qaldırılmadığı təqdirdə, müəssisədə süd məhsullarının istehsalı müvəqqəti məhdudlaşdırılıb.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi