Azərbaycan X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna DƏVƏT EDİLDİ
Bakıda keçirilən VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində görüşlər davam edir.
ULUSUM.az xəbər verir ki, mayın 1-də Azərbaycan Respublikasının mədəniyyət naziri Adil Kərimlinin Rusiya Federasiyasının mədəniyyət naziri Olqa Lyubimova ilə görüşü olub.
Rusiyalı həmkarını səmimi salamlayan nazir iki ölkə arasında mədəni əlaqələrin inkişafından məmnunluğunu bildirib. Qeyd olunub ki, son illərdə iki ölkənin bədii kollektivlərinin qarşılıqlı qastrol səfərləri, mədəniyyətin müxtəlif sahələri üzrə əməkdaşlıq və təcrübə mübadiləsi intensiv xarakter alıb.
Görüşə görə təşəkkürünü bildirən Rusiyanın mədəniyyət naziri Olqa Lyubimova Forumun əhəmiyyətini yüksək qiymətləndirib, tədbirdə aktual mövzuların müzakirə olunduğunu deyib.
Söhbət zamanı Azərbaycan-Rusiya mədəni əlaqələrinin qədim tarixinin və köklü ənənələrinin olduğu bildirilib. Yaxın gələcəkdə Azərbaycanda keçirilməsi nəzərdə tutulan Rusiya Mədəniyyəti Günləri ilə bağlı fikir mübadiləsi aparılıb. Rusiyalı nazir ölkəmizi bu ilin sentyabr ayında təşkil olunacaq X Sankt-Peterburq Beynəlxalq Mədəniyyət Forumuna dəvət edib.
Görüşdə həmçinin iki ölkə arasında bədii təhsil üzrə tələbə mübadiləsi və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
"İTV-də də Azərbaycan dilinin norma və qaydalarına riayət olunmur" - Fazil Mustafa
Razılıqsız hamiləlik, məcburi atalıq: Kişinin imtina hüququ varmı? - Vəkil AÇIQLADI