ABŞ tələbələri üçün həmrəylik NÜMAYİŞİ - QƏZZADA EKSKLÜZİV FOTO
İsrailin Qəzza zolağına hücumları 208 gündür davam etdiyi bir vaxtda, ABŞ-da bir çox universitet tələbəsi Fələstinə dəstək nümayiş etdirməkdədir.
Bu gün də Qəzza zolağında Fələstinə dəstək nümayiş etdirən tələbələr üçün həmrəylik nümayişi keçirilib.
ULUSUM.az saytı xəbər verir ki, Qəzza zolağının Deyr Əl-Bələh şəhərində Əl Əqsa Şəhidləri Xəstəxanasının həyətində keçirilən aksiyaya həkimlər, fəallar və köçkün uşaqlar qatılıb.
Nümayiş zamanı “Bizim işimizə dəstək olan bütün tələbələrə təşəkkür edirəm”, “Fələstin azadların davasıdır” və “Hər kəsə Qəzzadan təşəkkürlər” yazılı şüarlar səsləndirilib.
Əl-Əqsa Şəhidləri Xəstəxanasının sözçüsü Dr. Xəlil Əl-Dəkran çıxışında deyib: "ABŞ və Avropada universitet tələbələrinin etdikləri Fələstin xalqına qarşı ədalətsizliyi və soyqırımı aradan qaldırmağı hədəfləyən mənəvi və humanitar inqilabdır. Ayağa qalxan bütün universitetlərdə tələbələrə təşəkkür edirik"
Aksiyaçılar həmçinin çıxzışlarında bu nümayişlərin dünyanın bütün universitetlərinə yayılaraq İsrailin Fələstin xalqına qarşı təcavüzünün dayandırılmasında daha güclü təsir edəcəyinə ümid etdiklərini vurğulayıblar.
[center]
[/center]Aymirə Ağamirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
21-04-2024, 08:30
ULUSUM.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
