Yeni sədrdən AÇIQLAMA: Jurnalistlərə dəstək olunacaq
2023-cü ilin dekabr ayında “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsi ləğv edilib. Ötən gün isə Azərbaycan Respublikası Medianın İnkişaf Agentliyinin (MEDİA) Naxçıvan Regional İdarəsi yaradılıb. İdarəyə sədr olaraq Bakı Dövlət Universitetinin dosenti Vəfa Aslan (İsgəndərova) təyin edilib.
ULUSUM.az saytı xəbər verir ki, Vəfa Aslan Naxçıvanda görəcəyi işlərdən danışıb.
O, dünən bəzi media subyektləri ilə görüş keçirildiyini bildirib.
"Naxçıvandakı media orqanları ilə əlaqələrim var. Biz dünən də təqdimat zamanı bəzi media subyektlərində olduq və mövcud vəziyyətlə tanış olduq. Eyni zamanda Bakıda fəaliyyət göstərən əsas media orqanları, televiziya kanalları ilə görüşdük. Təxminən 10-dan çox media subyektləri rəhbərləri və nümayəndələri ilə görüşdük. Onların problemlərini, mövcud durumlarını təhlil etmək üçün fikirlərini dinlədik. Düşünürəm ki, Naxçıvan media mühiti inkişaf edən temp üzrə gedir. Həmin media subyektlərində çalışan jurnalistlərlə görüşdə biz onların həvəsini, yeni tendensiyalara uyğunlaşma istəklərini gördük", - Vəfa Aslan deyib.
O qeyd edib ki, Naxçıvanda Media İnkişafı Agentliyinin Regional İdarəsinin yaradılması Naxçıvan media mühitinin inkişafına böyük töhfə verəcək.
"Media İnkişaf Agentliyi media subyektlərinə və jurnalistlərə bir çox layihələr, qanunların tətbiqi,etik normalara riayət olunması, təlim, seminar və müsabiqələrlə dəstək olur. Naxçıvan media subyektləri müəyyən qədər bu məsələlərdən kənarda qalmışdılar. Hesab edirəm ki, Media İnkişaf Agentliyinin Naxçıvan Regional İdarəsinin yaradılması məhz Naxçıvan media mühitinin Azərbaycan media mühitinə inteqrasiyasına böyük təsir göstərəcək", - yeni sədr əlavə edib.
Vəfa Aslan Naxçıvanda hansı prioritet işlərin görüləcəyi ilə bağlı suala cavab olaraq bildirib: "Prioritet olaraq Media İnkişaf Agentliyinin tətbiq etdiyi qanunlarla bağlı məsələləri, onların reyesterdən keçirilməsin, həmçinin jurnalistlərin sosial problemlərinin həllinə dəstək olacaq, bundan başqa layihə, seminar və tədbirlər həyata keçirəcəyik"

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
27-04-2024, 11:02
Millət vəkili Fazil Mustafaya qarşı sui-qəsd cəhdi ilə bağlı saxlanılan Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov,
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO