Rubio: Kiyevə yardım yalnız bir şərtlə bərpa edilə bilər
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, əgər Kiyev Səudiyyə Ərəbistanında danışıqlarda Moskva ilə sülhə gedilməsinə maraqlı olduğunu göstərsə, ABŞ Ukraynaya olan yardımı bərpa edə bilər.
“Ulusum”.az xarici mətbuata istinadən xəbər verir ki, Rubio Səudiyyə Ərəbistanına uçarkən jurnalistlərə açıqlama verib: “Sabah müzakirələrin necə keçəcəyini görəcəyik. (…) Əgər yaxşı bir görüş olarsa və prezidentə müsbət hesabat verə bilsək, o zaman hazırkı pauza ilə bağlı qərarlar veriləcək”.
O, həmçinin əlavə edib ki, Ukraynaya yardımın dayandırılmasının səbəbi, ABŞ hakimiyyətinin Kiyevin Moskva ilə sülh danışıqları üçün maraqlı olmadığını görməsidir. Rubio, əgər bu vəziyyət dəyişsə, Birləşmiş Ştatların mövqeyinin də dəyişə biləcəyini bildirib, amma bununla bağlı heç bir təklif etməyəcəyini vurğulayıb.
Dövlət katibi, Ukraynalılara artıq müdafiə xarakterli kəşfiyyat məlumatları verildiyini də qeyd edib. Jurnalistin bu məsələnin ABŞ-ın Ukraynaya kəşfiyyat məlumatı göndərməsi ilə bağlı olub-olmaması sualına Rubio, “Bəli, onlar özlərini qorumaq üçün bu məlumatları əldə edirlər” cavabını verib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO