Cənubi Koreya prezidenti istintaq təcridxanasını tərk edib
Cənubi Koreya Respublikasının Prezidenti Yun Sok Yel, konstitusiya quruluşuna qarşı üsyanla bağlı cinayət işi üzrə Seul İstintaq İzləmə Müəssisəsindən azad edilib. “Ulusum”.az xəbər verir ki, bu barədə Yonhap agentliyi məlumat verir.
Yun hələ də vəzifəsinin icrasından kənarlaşdırılıb. Bundan əlavə, ona qarşı irəli sürülən ittihamlar ləğv olunmayıb. Cinayət işi, onun impiçmenti ilə bağlı prosesdən ayrı şəkildə müzakirə olunur.
Ölkənin Konstitusiya Məhkəməsi yaxın günlərdə prezidentin vəzifədən kənarlaşdırılmasına və ya vəzifəyə bərpa olunmasına qərar verəcək.
Bundan əvvəl Yun, Konstitusiya Məhkəməsində ölkə sakinlərindən hərbi vəziyyətin tətbiqi təklifi ilə bağlı yaranan “qarışıqlıq və narahatlıqlara” görə üzr istəyib. Xatırladaq ki, Yun Sok Yel 15 yanvarda üsyanla bağlı cinayət işi üzrə həbs edilib.
Bu, Cənubi Koreya tarixində fəaliyyət göstərən prezidentin istintaq orqanları tərəfindən həbs edildiyi misli görünməmiş bir haldır. Siyasətçi özü isə prokurorluğa könüllü şəkildə ifadə verməyə gəldiyini və günahkar olmadığını bəyan edib.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?