Cənubi Koreya prezidenti xalqdan üzr istəyib
Cənubi Koreya Prezidenti Yun Sok Yol Konstitusiya Məhkəməsində ölkə sakinlərindən"qarışıqlıq və narahatlığa" görə üzr istəyib.
“Ulusum”.az xəbər verir ki, bu barədə "Yonhap" agentliyi məlumat yayıb.
"Xalqdan üzr istəyir və sizə təşəkkür edirəm <...> Hərbi vəziyyət ölkə və xalq üçün tətbiq olundu, amma bu proses zamanı qiymətli insanlarımız üçün qarışıqlıq və narahatlıq yaratdığım üçün səmimi şəkildə üzr istəyirəm", – o qeyd edib.
Yun öz bəyanatında hərbi vəziyyətin elan edilməsi ilə bağlı ona qarşı irəli sürülən üsyan ittihamlarını dəfələrlə rədd edib. O, həmçinin, "gülünc" adlandırdığı iddialara cavab verərək, heç vaxt siyasətçilərin həbs edilməsi və ya qanunvericilərin Milli Assambleyadan çıxarılması barədə əmr vermədiyini vurğulayıb.
Yun Sok Yol 15 yanvar tarixində üsyan işi ilə bağlı həbs olunub. Bu, Cənubi Koreya tarixində prezidentin araşdırma orqanı tərəfindən həbs edildiyi bir ilk haldır. Öz növbəsində siyasətçi bildirib ki, o, könüllü olaraq prokurorluğa gedib və günahkar olmadığını bəyan edib.
2024-cü il dekabrın 3-də Cənubi Koreya prezidenti ölkədə hərbi vəziyyət elan edib, qərarını "Şimali Koreya tərəfdarlarını kökünü kəsmək və azad konstitusional nizamı qorumaq" zəruriliyi ilə izah edib. Bu zaman Seulda etiraz aksiyaları keçirilib və vətəndaş fəalları paytaxta göndərilən əsgərlərlə qarşıdurmaya giriblər. Bir neçə saat ərzində hərbi vəziyyət ləğv edilib. Daha sonra Cənubi Koreya parlamentinin deputatları Yuna qarşı impiçment elan ediblər.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 16:30
CRISPY CHICKEN BREAD
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?