Keçmiş nazirlər Trampa boykot elan edib
Beş keçmiş ABŞ müdafiə naziri, prezident Donald Trampı bir neçə amerikalı hərbi rəhbəri işdən çıxarmaq qərarına görə tənqid edib.
“Ulusum”.az xəbər verir ki, məlumatı The Washington Post yazır. Ağ Ev rəhbəri, o cümlədən, Baş Qərargah Rəisi General Çarlz Braunı vəzifəsindən azad etməyi qərara alıb.
Keçmiş nazirlər, Konqresə müraciət edərək, Trampı bu məsuliyyətsiz hərəkətlərinə görə cavabdeh tutmağa və ona Konstitusiya ilə verilən nəzarət vəzifələrini tam yerinə yetirməyə çağırıblar.
Müraciəti ABŞ Müdafiə Nazirliyinin keçmiş rəhbərləri Lloyd Ostin, Ceyms Mettis, Çak Heygel, Leon Panetta və Uilyam Perrinin imzalayıb. Keçmiş nazirlər, müdafiə sahəsindəki vəzifə dəyişiklikləri ilə bağlı ciddi narahatlıqlarını ifadə ediblər. Onlar, həmçinin, ABŞ-ın milli təhlükəsizliyinə təsirini qiymətləndirmək üçün Konqresin hər iki palatasında dinləmələrin keçirilməsinin vacib olduğunu hesab ediblər.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Populyar Xəbərlər
Özbəkistanda Türk ləzzəti: Katmerə böyük maraq -- VİDEO
ABŞ Venesuela ssenarisini İranda təkrarlaya bilərmi? – Polkovnikdən AÇIQLAMA
Vəkilliyə qəbul üçün sənəd qəbulu başladı
Talant Tolerant Abdulla Qahhar irsinin təbliğini gündəmə gətirdi
Rza Pəhləvi Trampa çağırış etdi: “Hazır olun” VİDEO
Bakıda hərəkətdə olan BYD yandı – VİDEO