Böyük Britaniya Ukraynaya qoşun göndərir?
Böyük Britaniya Baş naziri Kir Starmer, öz qoşunlarını Ukraynada sülh sazişinin icrasını təmin etmək üçün yerləşdirməyə hazır olduqlarını açıqlayıb.
“Ulusum”.az xəbər verir ki, o, The Telegraph-da dərc olunan məqaləsində bildirib:
"Böyük Britaniya, Ukrayna üçün təhlükəsizlik zəmanətlərinin sürətlə təmin edilməsində liderlik etməyə hazırdır", - deyə məqalədə qeyd olunub.
Starmer əlavə edib ki, bu, Ukraynanın silahlı qüvvələrinə daha çox dəstək vermək deməkdir.
"Amma bu, eyni zamanda, lazım gəldikdə öz qoşunlarımızı bölgələrə göndərərək Ukraynanın təhlükəsizlik zəmanətlərinin təmin edilməsinə kömək etmək istəyimizi və hazır olduğumuzu da göstərir", - dedi Böyük Britaniya Baş naziri.
O, Britaniya hərbçiləri üçün "potensial təhlükə" ilə əlaqəli məsuliyyəti başa düşdüyünü vurğulayıb.
"Amma Ukraynanın təhlükəsizliyinə verilən hər hansı bir kömək, kontinental təhlükəsizliyimizi və bu ölkəni təmin etməyə kömək edir", - deyə o qeyd edib.
Starmer, Böyük Britaniyanın "unikal bir rol" oynaya biləcəyini, sülh prosesi üçün Avropa ilə ABŞ arasında körpü kimi çıxış edə biləcəyini vurğulayıb.
"Qarşıdan gələn həlledici günlər bizim kontinental təhlükəsizliyimizin gələcəyini müəyyən edəcək. Mən Parisdə deyəcəyəm, sülh güc vasitəsilə gəlir. Amma əksinə də doğrudur. Zəiflik müharibəyə aparır", - deyə Starmer bildirib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 20:30
Misir Mərdanovun aylıq gəliri 5 min manatı keçir
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Şouya deyil, ədalətə ehtiyac var
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN