Peskov: ABŞ Ukraynanı "qulluqçuya" çevirib
Rusiya hər zaman Ukraynanı bərabərhüquqlu tərəfdaş kimi görüb, ABŞ isə onu qulluqçuya çevirib. “Ulusum”.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidentinin mətbuat katibi Dmitri Peskov, VGTRK-nın jurnalisti Pavel Zarubininlə söhbətində bildirib, həmin müsahibənin fraqmentləri onun Telegram kanalında dərc olunub.
"İndi [ABŞ və Ukrayna arasında] "sahib — qulluqçu" münasibəti haqqında danışılır. Və bu, hər şeyi izah edir. Bu, hətta vasal deyil, məhz qulluqçudur. Üstəlik, pis qulluqçu," — deyə Kreml nümayəndəsi qeyd edib.
O, 2010-cu ildə Rusiya və Ukrayna arasında imzalanan Xarkov razılaşmalarını xatırladıb ki, həmin razılaşmalar Rusiya Qara Dəniz Donanmasının 2042-ci ilə qədər Sevastopolda qalma müddətini uzadırdı. Peskov vurğulayıb ki, bu, iki "qardaş, müttəfiq dövlətin" müqaviləsi idi və bütün danışıqlar bərabərlik və qarşılıqlı hörmət prinsipləri əsasında aparılırdı.
Zarubinə verdiyi müsahibədə Peskov həmçinin bildirib ki, Rusiya tərəfi gələcək Ukrayna ilə danışıqlar zamanı Ukraynanın suverenliyinin çatışmazlığını və onun "sözlərinə cavab vermək istəməməsini" nəzərə alacaq. Kreml nümayəndəsi həmçinin, Rusiya Federasiyasının gələcək danışıqlarda qərb dövlətlərinin əvvəlki aldadıcı hərəkətlərini də nəzərə alacağını qeyd edib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi