Münhendə böyük etiraz aksiyası başlayıb
Münxendə təhlükəsizlik konfransına və NATO siyasətinə qarşı böyük etiraz aksiyası keçirilir. "NATO Təhlükəsizlik Konfransına qarşı Fəaliyyət Alyansı" (Aktionsbündnis gegen die NATO-Sicherheitskonferenz) tərəfindən təşkil olunan nümayişin iştirakçıları sülh danışıqları tərəfdarıdır və Ukraynaya və İsrailə silah göndərilməsinə qəti şəkildə qarşıdırlar, “Ulusum”.az xəbər verir.
Təşkilatçıların bəyanatında qeyd edilir ki, Qərbin qlobal liderlik siyasəti əslində imperialist dünyanı yenidən bölüşdürmək üçün bir alətdir və bu, dünyada çoxsaylı münaqişələrə səbəb olur. Onlar Almaniyanın artan hərbi şəkildə militarizasiyasını və Almaniya hökumətinin sülh siyasəti ilə bağlı ictimai çağırışları nəzərə almamasını tənqid edirlər. Aksiyanın iştirakçıları həmçinin Almaniyada Amerika raketlərinin yerləşdirilməsinə qarşıdırlar.
Aksiyanın təşkilatçılarından biri konfransda "müxalif rusiyalı siyasətçilərin" dəvət olunmasını, ölkənin rəsmi nümayəndələri əvəzinə, müzakirələrlə bağlı real danışıqlara girməkdən imtina etməyi ört-basdır etmək kimi göstərdi.
Etiraz iştirakçıları, Almaniya hökumətini Ukrayna ətrafındakı gərginliyi azaldaraq, münaqişənin həlli üçün diplomatik yollara keçməyə çağırmaq məqsədilə konfransın keçirildiyi binanı simvolik olaraq bloklamağı planlaşdırırlar.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi