Üzeyir Hacıbəylinin yubileyi Türkiyədə qeyd ediləcək
Türkiyənin Dövlət Opera və Balet Teatrında Türk dünyası və dünya musiqisinə misilsiz töhfələr vermiş, dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illik yubileyi qeyd ediləcək.
Aprel ayı üçün nəzərdə tutulan yubiley proqramı çərçivəsində Azərbaycan və Türkiyə opera müğənnilərinin iştirakı ilə “Zəfər dastanı: Çanaqqaladan Qarabağa” adlı konsert proqramı təşkil olunacaq. Bununla bağlı Azərbaycanın Türkiyədəki səfirliyinin nəzdindəki Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov ilə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin Opera və Balet Baş İdarəsinin müdiri Tan Sağtürk arasında razılıq əldə olunub.
Razılığa əsasən, Türk dövlətləri opera sənətçilərinin iştirakı ilə “Novruz” ədəbi-bədii kompozisiyasının birgə hazırlanması, ölkələrimiz arasında opera və balet sahəsində əməkdaşlığın genişləndirilməsi, o cümlədən hər iki ölkənin əsərlərinin qarşılıqlı səhnələşdirilməsi, mədəniyyətin bu sahəsi üzrə tələbə-müəllim mübadiləsi kimi fəaliyyətlər də nəzərdə tutulur.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi