Tramp Vogeli Vinniklə dəyişməyə razıdır
ABŞ prezidenti Donald Tramp, Rusiya və ABŞ arasında müqavilə əsasında, Rusiya vətəndaşı Aleksandr Vinnikin azadlığa buraxılmasını təsdiqləyib.
“Ulusum”.az xəbər verir ki, Vinnik, ABŞ-da 4 milyarddan 9 milyard dollara qədər vəsaitin yuyulmasında ittiham edilir. O, 2022-ci ilin avqustunda ABŞ-a ekstradisiya edilib.
11 fevralda Ağ Ev, Rusiya tərəfindən keçmiş diplomat Mark Fogelin azad edildiyini açıqlayıb. The New York Times-ın məlumatına görə, ABŞ prezidenti Səudiyyə Ərəbistanı üzrə xüsusi nümayəndəsi Stiv Uytkof şəxsi təyyarəsi ilə Moskvaya gəlib və Fogelin Rusiyadan çıxarılmasını təmin edib.
Dmitri Peskov, 12 fevralda Rusiya və ABŞ arasında təkcə Fogelin deyil, həm də hazırda ABŞ həbsxanasında olan Vinnikin azad edilməsi barədə razılaşma əldə edildiyini bildirib. Vinnikin vəkilinin məlumatına görə, o hələ də ABŞ-da qalır.
Fogel, 2022-ci ildə narkotik qaçaqmalçılığına görə 14 il müddətinə həbs edilmişdi.

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi