Talsi Qabbard Milli Kəşfiyyatın rəhbəri vəzifəsinə təsdiqləndi
ABŞ Senatı Talsi Qabbardı Milli Kəşfiyyatın direktoru vəzifəsinə təsdiqləyib. “Ulusum”.az xəbər verir ki, onun namizədliyini 52 senator dəstəkləyib, 48-i isə əleyhinə səs verib.
Ötən həftə Senatın Kəşfiyyat Komitəsi Qabbardı cüzi səs fərqi ilə təsdiqləmişdi.
Dinləmələr zamanı o, prezident Donald Trampa Ukraynadakı münaqişənin sona çatdırılması üçün kəşfiyyat sahəsində tam dəstək verəcəyini bildirib.
1981-ci ildə anadan olan Qabbard Havay ştatında böyüyüb, Havay Sakit Okean Universitetini bitirib. ABŞ Milli Qvardiyasında xidmət edib, İraq müharibəsi veteranıdır və podpolkovnik rütbəsinə malikdir.
2020-ci ildə Demokrat Partiyasından prezidentliyə namizəd olmaq üçün ilkin seçkilərdə iştirak etsə də, sonradan yarışdan çəkilərək Co Baydeni dəstəkləyib. 2022-ci ildə partiyanı tərk edərək demokratları "müharibə qızışdırmaqda" ittiham edib. 2024-cü il seçkilərində Donald Trampın fəal tərəfdarlarından biri olub və onu debatlara hazırlayıb.
Qabbardın kəşfiyyat rəhbəri postuna təyin edilməsi ABŞ-da geniş tənqidə səbəb olub, çünki o, keçmişdə bir neçə dəfə Rusiya ilə bağlı müsbət fikirlər səsləndirib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Şouya deyil, ədalətə ehtiyac var
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
2026 — Qürur, Birlik və Zəfər İli
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Şouya deyil, ədalətə ehtiyac var
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN