Sabiq nazir koloniya rəhbərliyini məhkəməyə verdi
Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandık Bişimbayev, keçən il vətəndaş həyat yoldaşı Saltanat Nukenovanı xüsusi amansızlıqla öldürmək və işgəncə verməkdə təqsirli bilinmişdi. O, hazırda cəza çəkdiyi koloniyanın rəhbərliyini məhkəməyə verib. Bişimbayev iddia edir ki, koloniyanın rəhbərliyi ona təşəkkür və ya mükafat vermir. “Ulusum”.az xəbər verir ki, bu barədə TengriNews Qazaxıstanın Cinayət-İcra Sistemi Komitəsinə (KUIS) istinadən məlumat yayıb.
Qurumun nəşrə verdiyi məlumata görə, "məhkumun iddia ərizəsi məhkəmə tərəfindən təmin edilməyib", çünki Bişimbayev əvvəlcə cəzaçəkmə rejimini pozub. KUIS-in mətbuat xidmətindən bildirilib: "Nəzərə alaraq ki, bu məhkumun bir pozuntusu mövcuddur, ona təşəkkür tətbiq edilməmişdir." Lakin Bişimbayevin konkret hansı pozuntunu törətdiyi açıqlanmayıb.
Bişimbayev, bir neçə təşəkkür aldıqdıqdan sonra valideynləri ilə əlavə qısamüddətli görüşlər əldə etmək istəyirdi. Lakin koloniyanın rəhbərliyi ona təşəkkür verməkdən imtina etdiyi üçün Bişimbayev məhkəməyə müraciət etmək qərarına gəldi.
Xatırladaq ki, Qazaxıstanın sabiq milli iqtisadiyyat naziri Kuandık Bişimbayev 9 noyabr 2023-cü ildə Astana şəhərindəki "Bau" restoranında həyat yoldaşı Saltanat Nukenovanı ölümcül döymüşdü. Həmin gün o, həbs edilmişdi. Cinayət işi üzrə məhkəmə araşdırması 2024-cü ilin mart ayının sonunda başlamışdır. Bişimbayev Nukenovanın qətlində qismən günahını etiraf etsə də, işgəncələr və xüsusi amansızlığı inkar etmişdir.

Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
14-11-2025, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?