Çin Google ilə bağlı araşdırma başladıb
Çin ABŞ-ın Google şirkəti ilə bağlı araşdırma başlatdığını açıqlayıb. Şirkət, Çin Xalq Respublikasının antimonopoliya qanununu pozmaqda şübhəli bilinib.
"Çin Xalq Respublikasının Dövlət Bazar Nəzarəti və Tənzimləmə İdarəsinin açıqlamasına görə, Google şirkətinə qarşı antimonopoliya qanununun pozulması ilə bağlı araşdırma başlanıb"- açıqlamada bildirilir.
“Ulusum”.az xatırladır ki, 1 fevralda ABŞ prezidenti Donald Tramp Kanada, Meksika və Çindən gələn mallara vergilər tətbiq etdi. Bu, Şimali Amerika materikindən olan ölkələrdən idxal edilən bütün mallara 25% vergi və Asiya dövlətindən gələn məhsullara isə 10% vergi tətbiq edilməsi ilə bağlıdır.
Buna cavab olaraq, Çin ABŞ-dan olan kömür, maye qaz (LNG), neft və kənd təsərrüfatı texnikası məhsullarına vergi tətbiq etdi. Yeni tədbirlər 10 fevral tarixində qüvvəyə minəcək. LNG və kömürə tətbiq olunan vergi 15%, xam neft, böyük mühərrik həcmi olan avtomobillər və kənd təsərrüfatı texnikasına isə 10% olacaq. Ayrıca, Financial Times qəzetinin məlumatına görə, Çinli sahibkarlar ABŞ-ın tətbiq etdiyi vergilərdən yan keçmək üçün istehsalı digər ölkələrə köçürməyi planlaşdırırlar.
4 fevral tarixində Ağ Ev mətbuat katibi Karolin Levit bildirib ki, Tramp yaxın 24 saat ərzində Çin prezidenti Si Cinpinq ilə danışmağı ümid edir, lakin görüşün gündəmi haqqında məlumat verməyib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi