Trampın Qəzza əhalisinin köçürülməsi təklifi rədd edilib
Bir sıra ərəb ölkələrinin nümayəndələri şənbə günü ABŞ prezidenti Donald Trampın Qəzza sektorundan fələstinliləri Misirə və İordaniyaya köçürmək təklifinə qarşı çıxdıqlarını bildirib. “Ulusum”.az xəbər verir ki, bu barədə qərb mətbuatı məlumat verib.
Mövqe, Qahirədə keçirilən nazirlər görüşünün nəticəsi olaraq açıqlanıb. Görüşdə Misir, İordaniya, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Fələstin Milli İdarəsinin nümayəndələri və Ərəb Dövlətləri Liqasının baş katibi Əhməd Əbul Geyt iştirak edib.
Görüş iştirakçıları, Trampın təklifinin "Yaxın Şərq bölgəsinin sabitliyinə təhdid etdiyini, münaqişəni daha da şiddətləndirə biləcəyini və xalqların sülh şəraitində birgəyaşama perspektivini zədələdiyini" vurğulayıb. Eyni zamanda, onlar ABŞ administrasiyası ilə Yaxın Şərqdə "ədalətli və hərtərəfli sülh tənzimlənməsi" üzərində işləməyə hazır olduqlarını bildiriblər.
Görüşün iştirakçıları hesab edir ki, bu proses İsrail və Fələstin dövlətlərinin birgəyaşamasına əsaslanmalıdır.
Cümə gecəsi Tramp, Misir və İordaniya hökumətlərinin, nəhayət, Qəzza ərazisindən fələstinliləri öz ölkələrində yerləşdirməyə razılaşacaqlarını ehtimal edib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi