Konqonun şimalında 100-dən çox insan öldürülüb
Son üç gün ərzində Konqo Demokratik Respublikasının şərqində yerləşən Qoma şəhərində 100-dən çox insan öldürülüb, 1000-dən çoxu yaralanıb.
"Ulusum".az xəbər verir ki, bunu France-Presse agentliyi şəhər xəstəxanalarının hesabatlarına istinadən məlumat yayıb.
Jurnalistlər bildirirlər ki, Qomada hökumət qüvvələri ilə üsyançılar arasında döyüşlər davam edir. Şəhərin küçələrində hələ də çoxlu cəsədlər var.
Məlumata görə, "23 Mart Hərəkatı" (M23) adlı üsyançı qruplaşmanın döyüşçüləri 26 yanvar axşamı Qomaya daxil olublar. Onları qonşu Ruandanın hərbi bölmələri dəstəkləyir. Üsyançılar şəhərin getdikcə daha böyük hissəsini nəzarətə götürür və Konqo ordusuna 48 saat ərzində silahı təhvil verməyi tələb edirlər. Döyüşlərdə ağır silahlar tətbiq olunur.
Bu hadisələrin fonunda paytaxt Kinşasada ABŞ səfirliyi etirazçıların hücumuna məruz qalıb. Hökumətyönlü nümayişçilər səfirliyi yanan təkərlərlə atəşə tutublar. Binadan qara tüstü qalxıb, aksiyaçılar isə "İmperialistlərə ölüm!" şüarlarını səsləndiriblər.
Yanvar ayından etibarən M23 üsyançıları artıq Masisi və Sake şəhərlərini ələ keçirib. Həmçinin, Qomanın da nəzarətə götürüldüyü bildirilir. Rusiya Xarici İşlər Nazirliyi bölgədə eskalasiya zamanı rusiyalıların xəsarət almadığını açıqlayıb.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi