Fransada miqrantlar üçün qaydalar sərtləşdirilib
Fransa Daxili İşlər Naziri Bruno Retayo, 2012-ci ildə onun əvvəlki vəzifədaşı Manuel Vals tərəfindən müəyyən edilmiş miqrantların qanuniləşdirilməsi qaydalarını sərtləşdirib. “Ulusum”.az xəbər verir ki, bu barədə "Kommersant" qəzetinin Fransadakı müxbiri Aleksey Tarkanov məlumat verib.
Onun sözlərinə görə, Retayo miqrasiya siyasətində sərt yanaşmanı müdafiə edir və dəfələrlə qeyri-qanuni miqrasiya üçün qanuni stimulların aradan qaldırılmasının vacibliyini vurğulayıb.
"Fransızlar qayda-qanun gözləyir və mən onlara bunu təmin etmək niyyətindəyəm", — deyə nazir Versaildə keçirilən mətbuat konfransında bildirib.
Ən önəmli dəyişikliklərdən biri, "yer hüququ" adlanan prinsipin yenidən nəzərdən keçirilməsidir. Xüsusilə, Fransada doğulan uşaqları üçün Fransa vətəndaşlığı əldə etmək istəyən xarici valideynlərə daha sərt şərtlər tətbiq olunacaq.
Yeni tənzimləməyə görə, valideynlər ölkədə qanuni olaraq ən azı bir il müddətində qalmalıdır. Yalnız bu halda, onların uşağı vətəndaşlıq üçün müraciət edə biləcək.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi