Maltanın prezidenti Roma Papasına "Tecar" adlı terapevtik cihaz hədiyyə edib
Cümə günü səhər Roma Papası Fransisk Vatikanın Apostol sarayında Maltanın prezidenti Miriam Spiteri Debono və onun həyat yoldaşını qəbul edib.
“Ulusum”.az xəbər verir ki, 20 dəqiqəlik görüş zamanı miqrasiya problemləri, İsrail-Fələstin münaqişəsi, həmçinin Rusiya və Ukrayna ilə bağlı məsələlər müzakirə olunub.
Prezident Spiteri Debono Papaya Tecar adlı terapiya cihazı hədiyyə edib. Tecar-terapiya (Capacitative and Resistive Energy Transfer-in qısaldılması) bədən toxumalarından orta tezlikli elektrik cərəyanlarının keçirilməsinə əsaslanan reabilitasiya vasitəsidir.
Bu cihaz Vatikanın Mərhəmət İşləri İdarəsinin ambulatoriyasında istifadə ediləcək. Onun məqsədi, həyat şəraiti səbəbindən tez-tez dayaq-hərəkət sistemi ilə bağlı iltihab və ağrılardan əziyyət çəkən evsizlərə fizioterapiya və fiziki reabilitasiya xidmətləri göstərməkdir.
Papa Fransisk həmçinin Maltaya məxsus məhsullardan ibarət bir səbət hədiyyə alıb.
Cavab olaraq, Papa Maltanın prezidentinə keramika heykəl, Apostol sarayı haqqında illüstrasiyalı kitab, papalığa aid sənədlər kolleksiyası və bu ilki Sülh Mesajının imzalanmış versiyasını təqdim edib.
Səidə

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi