Psixoloq və psixiatrlar, Robert Fitsoya siyasətdən getməyi məsləhət görüblər
100-dən çox slovakiyalı psixoloq və psixiatr qrupunun imzaladığı açıq məktubda, baş nazir Robert Fitsoya özünün ictimai davranışını və çıxışlarını tənqid edən, həmçinin ona özünü təhlil etməyi və ya siyasi karyerasını bitirməyi təklif edən mesaj göndərilib.
«Biz sizin özünü təhlil etmə bacarığınıza və siyasi davranışınızı düzəltmə imkanınıza, o cümlədən peşəkar siyasətdən getməyinizi düşünməyə ümid edirik» - — məktubda qeyd edilir.
Məktubun müəllifləri, Fitsonu faktları manipulyasiya etməkdə və siyasi rəqiblərinə, jurnalistlərə və onun siyasətinə qarşı çıxan vətəndaşlara qarşı aqressiv hücumlarda ittiham edirlər.
Məktubda qeyd edilir ki, Fitsonun siyasi davranışı cəmiyyətdə qütbləşməyə səbəb olur və ölkədə emosional atmosferə mənfi təsir edir, bu da vətəndaşlar arasında narazılığın artmasına gətirib çıxarır.
Müəlliflərə görə, insanlar Slovakiyadan qaçır, çünki hökumət siyasətində aşağılamalar, istehzalar və aqressiya üstünlük təşkil edir. Həmçinin psixoloq və psixiatrlar, Fitsonun xarici siyasət təşəbbüslərindən narazıdırlar, çünki onların fikrincə, bu təşəbbüslər Avropa İttifaqı və NATO-nun siyasətinə ziddir.
Cavab olaraq, baş nazir məktubun müəlliflərinə öz peşələrini siyasi məqsədlər üçün sui-istifadə etməməyə çağırıb.
15 yanvar tarixində Slovakiya müxalifəti rəsmi olaraq Fitsoya etimadsızlıq göstərməyi tələb edib. Müxalifət liderləri, hazırkı baş nazirə "heç vaxt ölkəni Moskva istiqamətinə sürükləməyə icazə verməyəcəklərini" bildiriblər. Əlavə olaraq, baş nazir qiymətlərin artması, iqtisadiyyat və səhiyyə sahəsindəki problemlər səbəbindən tənqid olunub.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
14-11-2025, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Ulusum Tv
14-11-2025, 17:05
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO
Mətbəx
14-11-2025, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
14-11-2025, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?