Rusiya Federasiya Şurasının üzvü: Almaniyadakı koalisiya, Ukrayna məsələsi üzündən tamamilə parçalanıb
Almaniyada hökumət koalisiyası, xarici işlər naziri Annalena Berbok ilə kansler Olaf Şolts arasında Ukraynaya yeni yardım paketinin ayrılması məsələsindəki fikir ayrılıqları səbəbindən tamamilə parçalanıb.
“Ulusum”.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının İnformasiya siyasəti komissiyasının rəhbəri Aleksey Puşkov öz Telegram kanalında bildirib.
Puşkov qeyd edib ki, Almaniyanın Sosial-Demokrat Partiyasının seçiciləri, "sonsuz Ukrayna yardımına" qarşıdırlar və Şolts bunu seçkilər ərəfəsində nəzərə almağa məcburdur. Eyni zamanda, Berbok "Rusiya üzərində qələbə çalmaq" ideyasına çox bağlıdır və heç bir güzəştə getmək istəmir. Nəticədə, koalisiya tamamilə parçalanıb.
10 yanvarda Der Spiegel jurnalı, Şoltsun, büdcə komitəsində müzakirə üçün hazırlanan 3 milyard avroluq əlavə hərbi yardımı dəstəkləməkdən imtina etdiyini bildirmişdi. Məlumata görə, Berbock və Almaniyanın müdafiə naziri Boris Pistorius, bu qərarın 23 fevralda keçiriləcək Bundestag seçkilərindən əvvəl təsdiqlənməsini tələb edirdilər.
17 yanvarda isə Berbok, Şoltsu Ukraynaya yardım üçün 3 milyard avronun bloklanması üzündən yenidən tənqid edib. Almaniyanın xarici işlər naziri bildirib ki, onun Şoltsun mövqeyi çox narahat edir.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi