Rumıniya xəstəxanasının morqundan üç amputasiya edilmiş ayaq oğurlanıb

Rumıniyanın Buxarestdəki Cantacuzino xəstəxanasının morqundan, üç amputasiya edilmiş ayaq oğurlanıb. Hadisə 10 yanvar tarixində baş verib, lakin xəstəxana rəhbərliyi yalnız 13 yanvar tarixində polisə müraciət edib. Polis, videomüşahidə kameralarından əldə edilən görüntülərə əsasən, oğurluq edən kişinin üzündə maska, qara geyim və idman şalvarı olduğunu müəyyən edib. O, morqdan iki torba götürüb, bunlardan birində amputasiya edilmiş ayaqlar olub. Bir torba xəstəxananın girişində, digər ayaq isə yaxınlıqdakı küçədə tapılıb.
Polis cinayətkarı bir neçə gün sonra yaxalayaraq dindirib. Dindirilmə zamanı kişi, plastik şüşə oğurlamaq və onları təkrar emala vermək niyyətində olduğunu, torbaların içindəkiləri bilmədiyini bildirib.
Xəstəxana isə, amputasiya edilmiş üzvlərə qarşı laqeyd münasibətə görə 885 avro məbləğində cərimə olunub. Xəstəxana rəhbərliyi, morqun niyə bağlı olmadığı barədə öz araşdırmasını aparır.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO