Reuters: İmran Xan korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edilib
Pakistan məhkəməsi ölkənin sabiq baş naziri İmran Xanı korrupsiya ittihamı ilə 14 il həbs cəzasına məhkum edib.
“Ulusum”.az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb.
Siyasətçinin həyat yoldaşı Buşra Bibi eyni ittihamlarla 7 il həbs cəzası alıb. Bundan əlavə, məhkumlara böyük məbləğdə cərimə təyin edilib ki, onun ödənilməməsi əlavə 6 aylıq həbs cəzası ilə nəticələnə bilər.
İddialara görə, İmran Xan və həyat yoldaşı 2018-ci ildə rüşvət olaraq torpaq sahələri alıblar və Al-Qadir Trust xeyriyyə fondundan istifadə edərək qanunsuz gəlirləri leqallaşdırıblar. Bu fond siyasətçi və onun həyat yoldaşının qanunsuz fəaliyyətlərini gizlətmək üçün istifadə olunub.
İmran Xan 2018-2022-ci illərdə Pakistan hökumətinə rəhbərlik edib. 10 aprel 2022-ci ildə parlamentdə ona qarşı etimadsızlıq votumunun qəbulundan sonra vəzifəsindən uzaqlaşdırılıb. 2023-cü ildən etibarən dövlət əmanətləri anbarından xarici hədiyyələrin satışı ilə bağlı ittihama görə həbs cəzası çəkir.
2024-cü ilin iyununda məhkəmə İmran Xanı dövlət sirrinin açıqlanması ilə bağlı iş üzrə bəraət qazandırıb.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi