Rusiya XİN: Bogdanov HAMAS nümayəndələri ilə telefon danışığı keçirib
Rusiya Xarici İşlər Nazirliyinin müavini Mixail Bogdanov, HAMAS-ın Siyasi Bürosunun müavini Musa Abu-Marzuk və HAMAS-ın xaricdəki rəhbəri Xalid Maşal ilə telefon danışığı keçirib. Bu barədə Rusiya xarici siyasət qurumunun mətbuat xidməti məlumat yayıb.
"Bəhs edilən danışıqlar zamanı fələstinlilər Rusiyanın fələstin xalqının qanuni hüquqlarını təmin etmək, Fələstin məsələsinin ədalətli həlli üçün prinsipal mövqeyini ardıcıl dəstəklədiyi üçün təşəkkürlərini ifadə ediblər", — deyə açıqlamada bildirilir.
Rusiya Xarici İşlər Nazirliyi qeyd edib ki, Fələstin hərəkatının nümayəndələri danışıqlar zamanı Doha və Qahirədə uzun müzakirələr nəticəsində İsraillə əldə edilmiş razılaşmalar barədə öz gözləntilərini bölüşüblər.
Rusiya tərəfi, Fələstin ərazisində saxlanılan Rusiya vətəndaşı Trufanovun sərbəst buraxılmasına dair marağını təsdiqləyib. Bundan əlavə, Rusiya Xarici İşlər Nazirliyi, 1967-ci il sərhədlərində, şərqi Qüdsün paytaxt olduğu müstəqil Fələstin dövlətinin yaradılması üzrə işin vacibliyini vurğulayıb.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi