Türkiyə Energetika Naziri: "Türk Axını" infrastrukturuna hücum cəhdi qeydə alınıb
Türkiyənin Energetika və Təbii Sərvətlər Naziri Alparslan Bayraktar çərşənbə günü, "Türk Axını" qaz kəməri infrastrukturunun obyektlərindən birinə hücum cəhdinin qeydə alındığını təsdiqləyib. Bu barədə Turkey Today nəşri məlumat yayıb.
"Bayraktar hücumun baş verdiyini təsdiqləyib, lakin hadisənin qaz təchizatında heç bir pozuntuya səbəb olmadığını bildirib," — deyə məlumatda qeyd olunur.
Nazir əlavə edib: "Hücumdan sonra qaz tədarükündə heç bir fasilə yaşanmayıb. Qaz kəməri əvvəlki həcmlə qaz nəqlini davam etdirir."
Eyni zamanda, 11 yanvar tarixində Rusiya Müdafiə Nazirliyi məlumat yayıb ki, Ukrayna şənbə günü, 11 yanvarda, Krasnodar diyarında "Türk Axını" qaz kəmərini təmin edən "Rus" kompressor stansiyasına pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərib. Nazirliyin açıqlamasına görə, Ukraynaya məxsus 9 pilotsuz aparatın hamısı məhv edilib, hadisə nəticəsində zərər və ya yaralanma qeydə alınmayıb.
"Türk Axını" qaz kəməri regionda enerji təhlükəsizliyi baxımından strateji əhəmiyyətə malikdir və qaz nəqlinin davamlılığını təmin edir.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
19-04-2024, 11:24
Hansı işə müraciət edirsənsə, ilk növbədə, CV-də(Curriculum Vitae) dil biliyinə, xüsusən də rus dilinə diqqət
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi