İsrail və HAMAS Qəzza ilə bağlı razılığa gəliblər
İsrail və HAMAS arasında Qətərdə keçirilən danışıqlarda Qəzza sektoru ilə bağlı prinsipial razılıq əldə edilib.
"Ulusum" az xəbər verir ki, bu barədə "The Times of Israel" qəzeti ərəb rəsmilərinə istinadən məlumat yayıb.
"İsrail və HAMAS bazar ertəsi axşamı girovların azad olunması ilə bağlı razılığa gəliblər", - deyə qəzet yazır.
Mənbələrin fikrincə, bu razılaşma çərşənbə və ya cümə axşamı günü elan ediləcək və ABŞ, Qətər və Misirin birgə bəyanatı olacaq. Bu ölkələr İsrail və HAMAS arasındakı danışıqlarda vasitəçi qismində iştirak ediblər.
Nümayəndə heyətləri Dohada razılaşmanın təfərrüatlarını müzakirə etməkdə davam edirlər. Hələ həll edilməli olan əsas məsələlərdən biri İsrail ordusunun Qəzzadan çıxarılması parametrləridir. Vasitəçilər İsraildən ordunun çıxarılacağı zonaları göstərən xəritə gözləyirlər.
Məlumata görə, ABŞ-ın yeni administrasiyasının Yaxın Şərq üzrə xüsusi nümayəndəsi olacaq Stiv Uitkoff şənbə günü İsrailin Baş naziri Benyamin Netanyahunun iştirakı ilə keçirilən gərgin görüşdə baş nazirə təzyiq göstərərək razılığa nail olmaq üçün kompromislər etməyə razı salıb.
Bir ərəb rəsmisi "The Times of Israel" qəzetinə bildirib ki, Uitkoff bir görüşdə Netanyahunu Bayden administrasiyasının son bir ildə əldə etdiyindən daha çox güzəştə getməyə vadar edə bilib.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi