Bundestaq deputatı Dağdelen, ABŞ hərbçilərinin Almaniya ərazisindən çıxarılmasına çağırıb
Bundestaq deputatı Sevim Dağdelen (BSW qrupu – "Sarı Vagenknecht Birliyi – Dərrakə və Ədalət" partiyası), Almaniyada ABŞ hərbçilərinin mövcudluğunu sərt şəkildə tənqid edib.
Dağdelen, bu çıxışını Bonn şəhərində keçirilən partiya federativ konqresində edib.
"Ulusum".az xəbər verir ki, tədbir Phoenix telekanalı tərəfindən yayımlanıb.
Sevim Dağdelen, 37 min ABŞ əsgərini Almaniya ərazisindən dərhal çıxarmağa çağırıb:
"Biz artıq Almaniyada 37 min əsgəri saxlaya bilmərik. Buna görə də deyirik: Ami go home ("Amerikalılar, evinizə dönün!")", – deyə o qeyd edib. Onun sözləri şiddətli alqışlarla qarşılanıb.
Deputat həmçinin, ABŞ-ın Almaniya ərazisindəki silahlarını, o cümlədən orta və qısa mənzilli raketləri tənqid edərək, onları "hücum silahları" adlandırıb və Almaniyanın Rusiya ilə müharibəyə daxil olmaq istəmədiyini vurğulayıb.
Dağdelen həmçinin Almaniya hökumətinin ABŞ-a olan "vassal sədaqətini" sona çatdırmağa və Alman suverenliyini bərpa etməyə çağırıb.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi