Al Masirah: ABŞ və Böyük Britaniya Yəmənin paytaxtındakı elektrik stansiyasına hücum edib
ABŞ və Böyük Britaniya qüvvələri Yəmənin paytaxtı Sana şəhərində yerləşən Həziz mərkəzi elektrik stansiyasına zərbə endiriblər. Bu barədə husilərə məxsus olan Al Masirah televiziya kanalı məlumat yayıb.
Məlumata görə, ABŞ və Böyük Britaniya Silahlı Qüvvələri bir neçə hava hücumu həyata keçirib.
Bundan qısa müddət əvvəl Al Arabiya kanalı məlumat vermişdi ki, ABŞ Yəmənin şimal-qərbində yerləşən Əmran vilayətində "Ənsar Allah" hərəkatına məxsus husilərin yeraltı obyektlərinə zərbələr endirib.
Həmçinin, məlumat verilirdi ki, Yəmənli husilər raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək Qırmızı dənizdəki USS Harry S. Truman adlı ABŞ təyyarədaşıyan gəmisinə zərbə endiriblər.
5 yanvar tarixində isə Yəmənli husilərin İsrailin şimal-qərbində yerləşən "Orot Rabin" istilik elektrik stansiyasına raket hücumu həyata keçirdikləri məlum olub. Yəmən Silahlı Qüvvələrinin nümayəndəsi Yəhya Sariənin sözlərinə görə, İsraildəki ən böyük elektrik stansiyası olan bu obyekt "Fələstin-2" hipersəs ballistik raketi ilə vurulub və əməliyyat uğurla başa çatıb.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi