İki ömürlük məhkum, Baydenin əfv təklifini qəbul etməkdən imtina edib
ABŞ-ın keçmiş prezidenti Co Baydenin əfv etdiyi iki məhkum, özlərinə verilən ölüm cəzalarının ləğv edilməməsini tələb ediblər. Bu hadisə, 2024-cü ilin sonunda Baydenin ölüm cəzasına məhkum edilmiş 40 nəfərdən 37-nin cəzasını ömürlük həbs cəzası ilə əvəz etməsindən sonra baş verib. Lakin Şannon Aqofski və Len Devis adlı iki məhkum, bu cəzanın yüngülləşdirilməsi barədə sənədləri imzalamaqdan imtina ediblər.
İndiana ştatında həbsdə olan Aqofski və Devis, əfv edilərək ölüm cəzasından xilas edilməyin, onların məhkəmə qərarına qarşı apelyasiya müraciətlərinə mane ola biləcəyini düşünürlər. Onlar özlərini cinayətlərdə günahkar hesab etmirlər və cəzalarının yüngülləşdirilməsini qəbul etmədiklərini bildirirlər. Bu vəziyyət, hüquqi mübahisələrə və ədalət sistemi ilə bağlı geniş müzakirələrə səbəb olub.
Baydenin əfv siyahısına daxil edilməyənlər arasında bir neçə tanınmış məhkum var. Bunlardan biri, 2013-cü ilin aprelində Boston marafonunda partlayışları təşkil etdiyinə görə ölüm cəzasına məhkum edilmiş Cixar Tsarnayevdir. Həmçinin, 2015-ci ilin yayında Carlston kilsəsində 9 afroamerikalını öldürdüyü üçün 2017-ci ildə ölüm cəzasına məhkum edilmiş Dilan Ruf də Baydenin əfv siyahısına daxil edilməyib.
Bundan əlavə, 2018-ci ildə Pittsburgda sinaqoqda 11 nəfəri öldürən Robert Bovers Bayden tərəfindən əfv olunmayıb və onun ölüm cəzası gözlənilir. Bu məhkumlar, ABŞ-da ciddi ictimaiyyət müzakirələrinə səbəb olan faciəli cinayətlərə görə ölüm cəzası ilə üzləşiblər. Baydenin əfv qərarları, ölüm cəzasının tətbiqi ilə bağlı ciddi mübahisələri yenidən gündəmə gətirib.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi