Reuters: ABŞ-ın Rusiyaya qarşı yeni sanksiyaları neft tankerlərini əhatə edəcək
ABŞ-ın Prezidenti Co Baydenin administrasiyası Rusiyaya qarşı daha çox sanksiya tətbiq etməyi planlaşdırır.
"Ulusum.az xəbər verir ki, bu barədə Reuters agentliyi iki mənbəyə istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, məhdudiyyətlər barreli 60 dollardan yuxarı qiymətə satılan nefti daşıyan tankerlərə şamil ediləcək.
Reuters yazır ki, Rusiya "məhdudiyyətləri aşmaq" üçün köhnə gəmilərdən yanacaq daşınmasında istifadə edir. Agentliyin adını açıqlamadığı mənbələrdən biri bildirib ki, ABŞ Rusiyaya qarşı "böyük bir sanksiyalar paketi" tətbiq etməyi planlaşdırır.
"Bu sanksiyalar, ehtimal ki, məhdudiyyətdən yuxarı qiymətlərlə neft ticarətində iştirak edən şəbəkələrin üzvlərinə qarşı tədbirləri də əhatə edəcək," — deyə digər mənbə qeyd edib.
Səidə Mustafa

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi