Qırğızıstanda ölüm hökmü bərpa olunu bilər
Qırğızıstan Prezidenti Sadır Japarov ölkədə xüsusilə ağır cinayətlərə görə ölüm hökmünün bərpasını təklif edib.
Ulusum.az xəbər verir ki, bu barədə məlumatı S.Japarovun mətbuat katibi Askat Alagözov feysbuk hesabında paylaşıb.
Onun sözlərinə görə, dövlət başçısı Prezident Administrasiyasının Hüquqi təminat şöbəsinin müdiri Murat Ukuşevə uşaqlara, qızlara və qadınlara qarşı cinayətlərə görə ən ağır cinayət məsuliyyətini nəzərdə tutan qanunvericilik dəyişiklikləri layihəsinin hazırlanmasını tapşırıb.
Bildirilib ki, burada əsas olaraq söhbət uşaqlara qarşı təcavüz, eləcə də qadınların təcavüz edilərək qətlə yetitilməsinə görə ölüm cəzasının tətbiq edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, sentyabrın 27-də Qırğızıstanda 17 yaşlı Aysuluu adlı qız 1984-cü il təvəllüdlü A.K. adlı şəxs tərəfindən təcavüzə məruz qalaraq qətlə yetirilib. Hadisəni törədən şəxs saxlanılıb və müvəqqəti istintaq təcridxanasına yerləşdirilib. A.Alagözov bildirib ki, Aysuluunun qətlə yetirilməsinin araşdırılması S.Japarovun şəxsi nəzarəti altındadır.
R.Daşdəmirova
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
"İTV-də də Azərbaycan dilinin norma və qaydalarına riayət olunmur" - Fazil Mustafa
Razılıqsız hamiləlik, məcburi atalıq: Kişinin imtina hüququ varmı? - Vəkil AÇIQLADI
