Dinlər silah deyil, dünyada birliyin körpüsü olmalıdır - Vatikan
Dünya gözəlliklərlə dolu olmasına baxmayaraq, dərin parçalanmalarla yaralanıb. Bəzən dinlər bizi birləşdirmək əvəzinə, qarşıdurma səbəbinə çevrilir.
Ulusum.az xəbər verir ki, Roma Katolik Kilsəsinin rəhbəri Papa XIV Leo oktyabr ayı üzrə yaydığı video-dua müraciətində dinlərin birləşdirici roluna diqqət çəkib.
O bildirib ki, dünya hər nə qədər gözəlliklərlə zəngin olsa da, dərin parçalanmalarla zədələnib və bəzən dinlər birləşdirmək əvəzinə qarşıdurma mənbəyinə çevrilir.
“Qoy dinlər silah və ya divarlar kimi istifadə olunmasın, əksinə, körpü və peyğəmbərlik mənbəyi olsunlar. Dinlər ümumi rifah arzusunu əlçatan etsinlər, həyatımıza yoldaşlıq etsinlər, ümidi yaşatsınlar və parçalanmış dünyada birliyin mayası olsunlar”, – deyə Papa qeyd edib.
O, dinlərdəki sülh, ədalət və qardaşlıq kimi dəyərlərin fərqliliklərə rəğmən birgə yaşamağın və əməkdaşlığın mümkün olduğunu sübut etdiyini vurğulayıb və müxtəlif dini ənənələrə mənsub insanları bu yolda ortaq dualarla birləşməyə çağırıb.
R.D
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
2-02-2026, 11:30
Ağrıkəsicilərin nəzarətsiz qəbulu sağlamlıq üçün təhlükəlidir
Populyar Xəbərlər
Qazax Gənclər Evi Zirvədə: “Əməkdaşlıqda Lider” Nominasiyasının Qalibi
Qazax qəzası: suallar çoxdur…
YAP Qazax rayon təşkilatının partiya veteranı Rövşən Qayayev vəfat edib
11 illik buraxılış imtahanlarının tarixi dəyişəcək? - AÇIQLAMA
"İTV-də də Azərbaycan dilinin norma və qaydalarına riayət olunmur" - Fazil Mustafa
Razılıqsız hamiləlik, məcburi atalıq: Kişinin imtina hüququ varmı? - Vəkil AÇIQLADI
