Ərdoğan: Türkiyə Qətəri bütün gücü ilə dəstəkləməyə hazırdır
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər əmiri Şeyx Təmim bin Hamed Al Sani ilə telefon danışığı aparıb.
Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin məlumatına görə, liderlər İsrailin Dohada HƏMAS nümayəndə heyətinə qarşı həyata keçirdiyi hücumu və bu hücuma qarşı mümkün birgə addımları müzakirə ediblər.
Ərdoğan İsrailin hərəkətlərini kəskin tənqid edərək, bunun münaqişəni dərinləşdirməyə və Qətərin suverenliyini pozmağa yönəldiyini bildirib. O, həmçinin həlak olanların ailələrinə başsağlığı verib və vurğulayıb ki, Türkiyə bütün gücü ilə müttəfiq dövləti və onun xalqını dəstəkləməyə hazırdır.
Hər iki lider Qəzza sektorunda kütləvi qırğınların tezliklə dayandırılması üçün birgə səyləri davam etdirmək barədə razılığa gəlib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi