İsrail Qətərdə HƏMAS rəhbərliyinə zərbə endirdi
İsrail Qətərin paytaxtı Dohaya bir neçə zərbə endirib. İlkin məlumata görə, hədəf orada iclas üçün toplaşan HƏMAS rəhbərliyi olub.
Çərşənbə axşamı Dohada bir neçə partlayış səsi eşidilib, şahidlər tüstü gördüklərini bildiriblər. Axios nəşrinin məlumatına görə, bu, İsrailin HƏMAS nümayəndələrinə qarşı həyata keçirdiyi zərbə olub.
İsrail Müdafiə Ordusu regionun adını çəkmədən bəyan edib ki, 7 oktyabrda İsrailə hücumlara birbaşa cavabdeh olan HƏMAS rəhbərliyinə zərbə endirib. Əməliyyat İsrail təhlükəsizlik və əks-kəşfiyyat xidməti ŞABAK ilə birgə keçirilib.
Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatın İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Ulusum.az

“Zərbədən əvvəl mülki əhali arasında itkiləri minimuma endirmək üçün yüksək dəqiqlikli silahlardan və əlavə kəşfiyyat məlumatlarından istifadə edilib”, – deyə bəyanatda vurğulanıb.
Daha sonra İsrailin Baş naziri Benyamin Netanyahu əməliyyatın İsrail tərəfindən həyata keçirildiyini təsdiqləyib.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi