Qreta Tunberqin flotiliyasının gəmisi dron hücumuna məruz qaldı
“Global Flotilla of Sumud” (GSF) təşkilatının məlumatına görə, flotiliyanın əsas gəmilərindən biri — Family Boat pilotsuz uçuş aparatı ilə hücuma məruz qalıb. Hadisə barədə məlumat GSF-in Instagram hesabında paylaşılıb.
Məlumata əsasən, hadisə zamanı gəmi Portuqaliya bayrağı altında Qəzza sektoruna tərəf hərəkət edirmiş. Gəminin göyərtəsində flotiliyanın idarə heyətinin üzvləri olub. Hücum nəticəsində sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb, hamı təhlükəsizdir.
Xatırladaq ki, avqustun 31-də isveçli eko-aktivist Qreta Tunberq flotiliyanın liderliyini öz üzərinə götürərək İspaniyadan Qəzza istiqamətinə yola çıxıb.
Humanitar yardım yüklənmiş gəmilər Barselona limanını tərk edib. Aksiyanın iştirakçıları Qəzza sakinlərinə ərzaq, içməli su və vacib dərman preparatları çatdırmağı hədəfləyir. Onların əsas tələbi Qəzzaya təhlükəsiz keçid təmin etmək və humanitar dəniz dəhlizinin açılmasıdır.
Əvvəlcə flotiliyaya təxminən 20 gəmi daxil idi, lakin final mərhələdə bu sayın 70-ə qədər artacağı gözlənilir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi