Avstraliyada qohumlarını zəhərləyən qadın ömürlük həbs cəzası aldı

Zəhərli göbələk yeməyi ilə üç qohumunu öldürən avstraliyalı Erin Patterson bazar ertəsi ömürlük həbs cəzasına məhkum edilib.
Melburn şəhərində Viktoriya ştatının Ali Məhkəməsinin hakimi Kristofer Bil qərar verib ki, üç nəfərin qətlinə və daha bir nəfəri öldürməyə cəhddə günahkar bilinən Patterson ömrünün qalan hissəsini ciddi rejimli həbsxanada keçirəcək. Onun şərti azadlığa buraxılmaq ehtimalı yalnız 2056-cı ildə, 83 yaşı olanda nəzərdən keçirilə bilər.
İyulda Moruell şəhərində keçirilən məhkəmə münsifləri Pattersonu 2023-cü ilin yayında ərinin valideynləri Don və Geil Pattersonu, həmçinin Geilin bacısı Hezer Uilkinsonu zəhərləməkdə təqsirli bilmişdi. Hezerin əri İan Uilkinson isə sağ qalmışdı. O vaxt ərindən ayrılma prosesində olan Patterson qohumlarını nahara dəvət edərək münasibətləri müzakirə etmək istədiyini demişdi. Naharda qonaqlara göbələk sousu ilə bişmiş mal əti təqdim olunmuş, sous isə zəhərli bleda poganka göbələklərindən hazırlanmışdı.
Məhkəmədə həmçinin məlum olub ki, Patterson bundan əvvəl üç dəfə ərini də zəhərləməyə cəhd edib. Bir dəfə o, komaya düşmüş və yalnız möcüzə nəticəsində sağ qalmışdı.
Hakim Bil hökm oxuyarkən Pattersonun hazırda saxlandığı şəraiti də təsvir edib: qadın öz təhlükəsizliyi üçün sutkada 22 saatı təkadamlıq kamerada keçirir, yeməyi isə qapıdakı pəncərədən verilir. Ona yalnız beton divarlı kiçik həyətə (2x1,5 metr) çıxaraq təmiz hava almaq imkanı verilir. Burada o, istəsə, qonşu kameradakı məhbusla metal tor arxasından danışa bilər. Həmin məhbusun terrorizmə görə məhkum edildiyi və dəfələrlə digər dustaqlara hücum etdiyi qeyd olunub.
BBC-nin məhkəmədə iştirak edən müxbirinin məlumatına görə, Patterson hökm elan olunarkən emosiyasız görünüb, uzun müddət gözləri bağlı oturub. Hakim ömürlük həbs barədə sözlərini elan edərkən onun ayağa qalxmasını tələb edib. Patterson gözlərini açaraq qalxıb, lakin üzündə heç bir hiss əks olunmayıb.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!