MAQATE Suriyada uran izləri aşkar etdi
Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Suriyanın Deyr-əz-Zor bölgəsində uran izləri aşkar edib. Bu barədə Reuters agentliyi təşkilatın məxfi hesabatına istinadən xəbər verib.
Xatırladaq ki, 2018-ci ildə İsrail 2007-ci ilin sentyabrında Suriyada inşa edilən gizli nüvə reaktoruna endirilmiş hava zərbəsi barədə məlumatı açıqlamışdı. Həmin dövrdəki Suriya hakimiyyəti isə nüvə reaktoru yaratmaq cəhdini təsdiqləməmişdi.
MAQATE-nin hesabatında deyilir:
Məlumata görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü ildə) MAQATE ölkənin üç müxtəlif məkanında ətraf mühitdən nümunələr götürüb. Həmin yerlərin “funksional olaraq Deyr-əz-Zorla bağlı” olduğu qeyd olunub. Nümunələrdən birində antropogen (insan fəaliyyəti nəticəsində yaranmış) uran aşkarlanıb. Hazırkı Suriya hakimiyyəti isə Deyr-əz-Zorda uranın mənşəyini izah edə bilmədiyini bildirib.
Hazırda MAQATE Suriyanın adıçəkilən bölgəsində yeni nümunələr götürməyi planlaşdırır. Araşdırma ehtimal edilən gizli nüvə proqramı ilə bağlı aparılır.
Ulusum.az

“BMT-nin nüvə nəzarət orqanı 2007-ci ildə İsrail tərəfindən dağıdılmış binanın təyinatı ilə bağlı araşdırmalar zamanı uran izləri aşkar edib. Agentliyin fikrincə, həmin bina ehtimal ki, bəyan edilməmiş nüvə reaktoru olub.”
Məlumata görə, Suriyada hakimiyyət dəyişikliyindən sonra (2024-cü ildə) MAQATE ölkənin üç müxtəlif məkanında ətraf mühitdən nümunələr götürüb. Həmin yerlərin “funksional olaraq Deyr-əz-Zorla bağlı” olduğu qeyd olunub. Nümunələrdən birində antropogen (insan fəaliyyəti nəticəsində yaranmış) uran aşkarlanıb. Hazırkı Suriya hakimiyyəti isə Deyr-əz-Zorda uranın mənşəyini izah edə bilmədiyini bildirib.
Hazırda MAQATE Suriyanın adıçəkilən bölgəsində yeni nümunələr götürməyi planlaşdırır. Araşdırma ehtimal edilən gizli nüvə proqramı ilə bağlı aparılır.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 20:55
Şokoladlı-Fındıqlı Trüfel Resepti
Mətbəx
Dünən, 17:00
Portağallı Acı Şokoladlı Trüfellər
Mətbəx
Dünən, 16:03
Güllü-Moruqlu Trüfel Resepti
Mətbəx
14-11-2025, 12:00
Trüfel tortunun hazırlanma qaydası
Sağlamlıq
14-11-2025, 11:30
Dırnağın ətə batması — Onikokriptoz
Sağlamlıq
14-11-2025, 10:07
Rəşad Mahmudovdan vacib xəbərdarlıq
Populyar Xəbərlər
“Boş Yer” – Tələbələrdən ibarət yaradıcı heyətlə çəkilmiş ilk bədii film - VİDEO
Məşhur stilist Harun Cici Azərbaycanda – Sufi irsi və qonaqpərvərlik vurğusu
Göyçay – Nar Bayramı: Milli Dəyərlərin və Zəhmətin Təntənəsi - VİDEO
Aysel Xanlarqızı – “Maestro” - Ruhun Səsi Olan Şeirlərin Sahibi
Aslan ürəkli - "Bakirə Kraliça" niyə heç vaxt evlənmədi?
Barat Vüsal: Bölgələrdə ədəbi irsin qorunması muzeylərlə güclənir - VİDEO