Tramp administrasiyası Qəzza üçün mübahisəli bərpa planı hazırladı
ABŞ lideri Donald Trampın Qəzza sektorunun bərpası ilə bağlı planı bu ərazinin ən azı 10 il müddətinə ABŞ protektoratına verilməsini, həmçinin bütün əhalisinin ən azı müvəqqəti köçürülməsini nəzərdə tutur. Bu barədə The Washington Post ABŞ administrasiyasındakı mənbələrə istinadla məlumat yayıb.
Məlumata görə, Amerika hakimiyyəti Qəzza sektorunun yenidən qurulması, iqtisadi inkişafı və transformasiyası üçün GREAT Trust (Gaza Reconstitution, Economic Acceleration and Transformation Trust) adlı xüsusi fond layihəsi hazırlayıb. WP yazır ki, layihə “anklavın ən azı 10 il müddətinə ABŞ protektoratına keçirilməsini” ehtiva edir.
Plan çərçivəsində ABŞ öz vəsaitini yatırmağı planlaşdırmır, ən azı 100 milyard dollar investisiya cəlb etmək niyyətindədir. Hesablamalara görə, bu vəsait investorlar üçün dördqat gəlir gətirməlidir.
Eyni zamanda plan “Qəzzanın iki milyondan çox əhalisinin ən azı müvəqqəti köçürülməsini” nəzərdə tutur. Torpaqlarını bərpa məqsədilə təhvil verməyə razı olan sahiblərə “rəqəmsal aktivlər” təqdim ediləcək. Onlar bu aktivləri başqa ərazilərdə daşınmaz əmlak almaq üçün və ya anklav ərazisində salınması nəzərdə tutulan “ağıllı şəhərlərdən” birində mənzilə dəyişmək üçün istifadə edə biləcəklər. Bundan əlavə, Qəzzanı tərk etməyə məcbur olacaq sakinlərə 5 min dollar birdəfəlik ödəniş və subsidiya verilməsi planlaşdırılır.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi