Rusiyanın Ukrayna üzrə mövqeyində ciddi dəyişiklik – Fidan açıqladı
Türkiyənin xarici işlər naziri Hakan Fidan Ukrayna müharibəsi ilə bağlı Rusiyanın mövqeyində ciddi dəyişikliklərin baş verdiyini bildirib.
Onun sözlərinə görə, İstanbulda keçirilən üçüncü danışıqlar raundunda tərəflər ilk dəfə olaraq konkret şərtlər irəli sürüb və daha sonra bu şərtlər ABŞ prezidenti Donald Tramp ilə Rusiya prezidenti Vladimir Putinin Alyaskadakı görüşündə müzakirə olunub. Fidan bu barədə belə deyib:
Nazir dəqiqləşdirib ki, Moskva artıq Ukraynanın dörd vilayətinin tam nəzarətinə iddia etmir. İndi söhbət Zaporojye cəbhə xəttinin saxlanılması və Rusiyaya Donetsk vilayətinin 25–30%-nin verilməsi məsələsindən gedir.
Fidan vurğulayıb ki, Moskvanın bu şərtləri beynəlxalq təhlükəsizlik mexanizmi çərçivəsində razılaşdırmağa hazır olması gələcək razılaşma üçün əsas yaradır. Bununla belə, bu addım tərəflər qarşısında yeni çağırışlar da qoyur.
Onun sözlərinə görə, Donetsk vilayətinin bir hissəsinin itirilməsi Ukraynanın qalan ərazilərinin müdafiəsini çətinləşdirir. Amma beynəlxalq təminatlar sistemi vəziyyəti tarazlaşdıra və gələcək dialoqa yol aça bilər.
Ulusum.az

“O vaxt biz sonun başlanğıcını gördük.”

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Bu gün, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi