"Ryanair" sərnişinlərə mesaj verdi: Qaydalara əməl edin

İrlandiya mərkəzli Ryanair sərnişinlərin qaydalara əməl etməsi üçün diqqətçəkən bir addım atıb. Şirkət, kabin baqajı qaydalarını pozan sərnişinləri aşkarlayan əməkdaşlarına verilən mükafatların artırılacağını açıqlayıb.
CEO Michael O’Learynin sözlərinə görə, noyabr ayından etibarən uyğunsuz baqaj aşkarlandığı halda ödənilən mükafat 1,50 avrodan 2,50 avroya qaldırılacaq. O’Leary qərarı belə əsaslandırıb:
Şirkətin məlumatına görə, hər il təxminən 200 min sərnişin kabin baqajı qaydalarını pozur. Bu sərnişinlər çantalarını əlavə ödənişlə yük bölməsinə verməyə məcbur qalır və 75–90 funt sterlinq arasında cərimə ödəyirlər. Ryanair qaydalara əməl etməyin həm uçuş təhlükəsizliyi, həm də vaxtında qalxış üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Bundan əlavə, əməkdaşların daha çox qayda pozuntusu aşkar etməsini təşviq etmək üçün aylıq mükafat limiti də ləğv ediləcək.
Hazırkı qaydalara görə sərnişinlər 40x20x25 sm ölçülərində və 10 kq-a qədər olan kiçik əl çantasını pulsuz daşıya bilirlər. Lakin Avropa İttifaqının yeni qərarına əsasən, sentyabr ayından etibarən bu ölçü 40x30x20 sm olacaq.
CEO O’Leary bu dəyişikliyin sərnişinlərə asanlıq gətirəcəyini, qaydalara əməl olunması ilə birlikdə təyyarəyə minişlərin sürətlənəcəyini və gecikmələrin azalacağını bildirib.
The Guardian qəzetinin xəbərinə görə, əməkdaşların baqaj nəzarətindən mükafat qazanması bəzi çevrələrdə mübahisə yaradıb. Ancaq O’Leary sərnişinlərin 99,9%-nin qaydalara əməl etdiyini, bu tətbiqin isə yalnız kiçik bir qayda pozan qrupunu hədəf aldığını vurğulayıb.
Ryanair-in yeni qərarı kabin baqajı qaydalarına əməl etməyən sərnişinlər üçün caydırıcı addım kimi qiymətləndirilir. Gözləntilərə görə, əməkdaşların diqqətliliyi artacaq, sərnişinlər isə qaydalara daha çox riayət edəcək. Şirkət isə sərt mesaj verir: “Qaydalara əməl edin.”
Ulusum.az

“Qaydalara əməl etməyib böyük çanta ilə təyyarəyə minməyə çalışsanız, sizi dərhal görəcəyik. Mən isə əməkdaşlarımı mükafatlandırmaqdan məmnun olaram.”
Şirkətin məlumatına görə, hər il təxminən 200 min sərnişin kabin baqajı qaydalarını pozur. Bu sərnişinlər çantalarını əlavə ödənişlə yük bölməsinə verməyə məcbur qalır və 75–90 funt sterlinq arasında cərimə ödəyirlər. Ryanair qaydalara əməl etməyin həm uçuş təhlükəsizliyi, həm də vaxtında qalxış üçün həyati əhəmiyyət daşıdığını vurğulayıb. Bundan əlavə, əməkdaşların daha çox qayda pozuntusu aşkar etməsini təşviq etmək üçün aylıq mükafat limiti də ləğv ediləcək.
Hazırkı qaydalara görə sərnişinlər 40x20x25 sm ölçülərində və 10 kq-a qədər olan kiçik əl çantasını pulsuz daşıya bilirlər. Lakin Avropa İttifaqının yeni qərarına əsasən, sentyabr ayından etibarən bu ölçü 40x30x20 sm olacaq.
CEO O’Leary bu dəyişikliyin sərnişinlərə asanlıq gətirəcəyini, qaydalara əməl olunması ilə birlikdə təyyarəyə minişlərin sürətlənəcəyini və gecikmələrin azalacağını bildirib.
The Guardian qəzetinin xəbərinə görə, əməkdaşların baqaj nəzarətindən mükafat qazanması bəzi çevrələrdə mübahisə yaradıb. Ancaq O’Leary sərnişinlərin 99,9%-nin qaydalara əməl etdiyini, bu tətbiqin isə yalnız kiçik bir qayda pozan qrupunu hədəf aldığını vurğulayıb.
Ryanair-in yeni qərarı kabin baqajı qaydalarına əməl etməyən sərnişinlər üçün caydırıcı addım kimi qiymətləndirilir. Gözləntilərə görə, əməkdaşların diqqətliliyi artacaq, sərnişinlər isə qaydalara daha çox riayət edəcək. Şirkət isə sərt mesaj verir: “Qaydalara əməl edin.”
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!
Cabir İmanovun ölüm anı - VİDEO