Avstraliya ilə İran arasında gərginlik
Avstraliya hökuməti İranın Kanberradakı səfirini və daha üç diplomatı ölkədən çıxarmaq qərarı verib. Bu barədə CNN məlumat yayıb.
Qərara səbəb kimi İranın ən azı iki antisemit hücuma birbaşa aidiyyəti göstərilib. Avstraliya təhlükəsizlik və kəşfiyyat xidməti (ASIO) apardığı araşdırmada İran İslam İnqilabı Keşikçiləri Korpusunun 2024-cü ildə baş verən hadisələrlə əlaqəsini təsdiqləyib:
Sidneyin Bondi rayonunda yerləşən yəhudi restoranı Lewis Continental Kitchen-ın yandırılması,
Melburndakı Adass İsrael sinaqoquna hücum.
Baş nazir Entoni Albanese bu insidentləri “xüsusi təhlükəli təcavüz aktları” adlandırıb və bildirib ki, səfir Əhməd Sadeqi və digər üç diplomat ölkəni yeddi gün ərzində tərk etməlidir.
Albanese həmçinin İranı Yaxın Şərqdəki münaqişəni Avstraliyaya daşımaq, yəhudi icmasına zərər vurmaq və cəmiyyətdə qorxu, nifrət və parçalanma yaratmaq cəhdində ittiham edib.
Bununla yanaşı, Avstraliya hökuməti Tehrandakı səfirliyini müvəqqəti bağlayıb və ölkə vətəndaşlarına İranı dərhal tərk etməyi tövsiyə edib.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi