ABŞ-da ardıcıl atışma xəbərləri – bu dəfə Vilanova Universitetində
ABŞ-ın Pensilvaniya ştatında yerləşən Vilanova Universitetində atışma baş verib. Hadisə barədə ABC News məlumat yayıb.
Universitet rəhbərliyi tələbələrə Skarpa-Holl hüquq fakültəsindən uzaq durmağı tövsiyə edib. Hazırda polis ərazidədir, hüquq fakültəsi binasında mümkün yaralıların və ya şübhəlilərin olub-olmadığı yoxlanılır. Atışmanın səbəbi hələ ki, açıqlanmayıb.
Telekanalın kadrlərində kampusda çoxlu sayda silahlı polis qüvvələrinin, o cümlədən binanın damında yerləşdirilən əməkdaşların olduğu görünür.
Qeyd edək ki, Vilanova – Filadelfiya yaxınlığında yerləşən özəl katolik universitetidir və tarixi ilə seçilir. Hadisə, Tennessi Universitetində Çattanugadakı yalan atışma xəbərindən bir neçə saat sonra qeydə alınıb. Bundan bir müddət əvvəl isə Bruklindəki restoranda silahlı hücum baş vermişdi.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Sağlamlıq
12-02-2026, 20:30
Yatarkən telefonu yastıq altına qoymaq təhlükəlidir
Sağlamlıq
12-02-2026, 16:00
D vitaminini əvəzləyən Qidalar
Cəmiyyət
11-02-2026, 09:00
Gəncədə kəsici alətlə xəsarət alan var
Cəmiyyət
11-02-2026, 08:30
Bakıda sulu qar və qar gözlənilir
Cəmiyyət
11-02-2026, 06:42
Gəncədə gənc rəssamların yaradıcılıq sərgisi