ABŞ senatı Rusiyanı “terror sponsoru” elan edə bilər
ABŞ Konqresində Rusiyanın əsas tənqidçilərindən biri olan senator Lindsi Qrem Rusiyanın terrorizmin dövlət sponsorları siyahısına salınması ilə bağlı qanun layihəsini irəli sürmək niyyətindədir. Bu barədə o, sosial şəbəkə X səhifəsində yazıb.
Onun sözlərinə görə, Rusiya–Ukrayna münaqişəsi gedişində Moskva 19 minə yaxın ukraynalı uşağı oğurlayıb ki, bu da “vəhşi bir akt”dır.
Qrem əlavə edib ki, belə bir status Rusiyayla biznes qurmağı digər ölkələr və xarici şirkətlər üçün təhlükəli edəcək.
Terrorizmin dövlət sponsoru kimi tanınmaq ciddi nəticələrə gətirir: müdafiə ixracına qadağa, ikiqat təyinatlı mallara nəzarət və maliyyə məhdudiyyətləri tətbiq olunur. Hazırda bu siyahıda Suriya, İran, Şimali Koreya və Kuba var.
Rusiya XİN isə bəyan edib ki, belə bir qərar “geri dönüş nöqtəsi” olacaq və diplomatik münasibətlərin qırılmasına səbəb ola bilər.
Ulusum.az
Onun sözlərinə görə, Rusiya–Ukrayna münaqişəsi gedişində Moskva 19 minə yaxın ukraynalı uşağı oğurlayıb ki, bu da “vəhşi bir akt”dır.
“Bu ilin əvvəlində də dediyim kimi, mən qanun layihəsini irəli aparmaq niyyətindəyəm. Layihəyə görə, əgər onlar uşaqları qaytarmasa, Rusiya ABŞ qanunvericiliyinə əsasən terrorizmin dövlət sponsoru kimi tanınacaq”, – deyə senator bildirib.
Qrem əlavə edib ki, belə bir status Rusiyayla biznes qurmağı digər ölkələr və xarici şirkətlər üçün təhlükəli edəcək.
Terrorizmin dövlət sponsoru kimi tanınmaq ciddi nəticələrə gətirir: müdafiə ixracına qadağa, ikiqat təyinatlı mallara nəzarət və maliyyə məhdudiyyətləri tətbiq olunur. Hazırda bu siyahıda Suriya, İran, Şimali Koreya və Kuba var.
Rusiya XİN isə bəyan edib ki, belə bir qərar “geri dönüş nöqtəsi” olacaq və diplomatik münasibətlərin qırılmasına səbəb ola bilər.
Ulusum.az
Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
