“Tomahawk” üstünlüyü: ABŞ Rusiyanı Ukraynada məğlub edə bilərmi?

ABŞ prezidenti Donald Tramp yaxınlarda bəyan edib ki, Amerika ordusu sülh sazişi əldə olunacağı halda Ukraynaya “çox yaxşı müdafiə” təmin edə bilər, lakin ABŞ hərbçiləri Ukrayna torpağına qədəm qoymayacaq. Bu barədə The Telegraph yazır.
Vaşinqton, əslində, nə nüvə silahına, nə də qoşun yeritməklə Rusiyanın hərbi qüvvələrini sıradan çıxarmaq gücündədir.
Rusiya Ukraynaya hücum etməzdən əvvəl bir çoxları onu ABŞ-a demək olar ki, bərabər rəqib hesab edirdi. Lakin müharibə əksini sübut etdi. Rusiyanın “Kalibr” qanadlı raketləri ABŞ-ın “Tomahawk”ları ilə müqayisə olunacaq səviyyədə deyil. Kreml tərəfindən “super silah” kimi təqdim edilən “Kinjal” və “Tsirkon” da zəif nəticə göstərdi: “Kinjal” dəfələrlə “Patriot” sistemləri tərəfindən vuruldu, “Tsirkon” isə effektivliyini təsdiqləmədi.
Beşinci nəsil Rusiya qırıcıları Su-57 Qərb analoqlarından geri qalır və çox məhdud sayda istehsal olunur. Sanksiyalar Rusiyanın müdafiə sənayesini daha da zəiflətdi.
Nəticədə daha az müasir silahlarla təchiz edilmiş Ukrayna 2022-ci ildə Rusiyanın hücumunu dayandıra bildi. Bu da Rusiyanın ABŞ-la “bərabər rəqib” statusundan uzaq olduğunu göstərdi.
Hərbi analitiklərin fikrincə, ABŞ birbaşa qarşıdurma zamanı “Tomahawk”, JASSM, eləcə də Ukraynaya ATACMS raketləri və onların modernləşdirilmiş versiyalarını verə bilərdi. Burada Amerika gizli texnologiyaları (stealth), radioelektron müharibə imkanları və havada yanacaq doldurma üstünlükləri də həlledici rol oynayardı.
Rusiya S-300 və S-400 HHM sistemləri isə primitiv dronlar qarşısında belə zəiflik göstərdiyindən, kütləvi zərbələrə davam gətirməsi çətin görünür. Səmaya nəzarəti itirən Rusiya ordusu Səddam Hüseynin və Qəddafinin qüvvələri kimi ağır zərbələrə məruz qala bilər.
ABŞ, hərbçilərini Ukraynaya göndərmədən və nüvə eskalasiyası riskinə yol vermədən, Ukraynanın təhlükəsizliyini təmin edəcək qədər hərbi üstünlüyə malikdir.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:

Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Mətbəx
Dünən, 17:00
Qarabağ kətəsi resepti — dadlı və ətirli!
Populyar Xəbərlər
Gəncədə "CityCard"ın balansını necə artıraq? – TƏLİMAT
Ağstafalı qəhrəman qazimiz Zaur Mustafayev ailə həyatı qurdu
Gimnastika müəllimi Kəmalə Rəcəbovadan tavada şirin alma resepti
Cabir İmanovun qəfil vəfatı ictimaiyyətdə dərin sarsıntı və kədər doğurub - VİDEO
Şəhidlərimizi Unutmuruq – Ruhunuz Qarabağ qədər Ucadır!
Amerikalı mütəxəssisdən xəbərdarlıq: 7 zərərli vərdiş!