Aİ sərhəd qaydalarını dəyişir
Avropa boyunca səyahət edən turistləri 2025-ci il oktyabrın 12-dən etibarən sərhəd nəzarəti prosedurlarında əhəmiyyətli dəyişikliklər gözləyir. Xarici KİV-in məlumatına görə, həmin gün Avropa İttifaqı ənənəvi pasport möhürlərini əvəz edəcək yeni Giriş/Çıxış Sistemi (EES)-ni işə salacaq. Bu sistem, Aİ-yə daxil olmayan ölkələrin vətəndaşları üçün pasporta vurulan möhürlər əvəzinə rəqəmsal biometrik skan etmə üsulundan istifadə edəcək.
Xaricilər biometrik məlumat verməkdən imtina edə bilməyəcək, əks halda onların ölkəyə girişi rədd ediləcək. Toplanan məlumatlar üç il ərzində saxlanılacaq və sonra avtomatik olaraq silinəcək.
Sistem Aİ-yə üzv bütün dövlətlərdə (Kipr və İrlandiya istisna olmaqla), həmçinin Aİ üzvü olmayan, lakin Şengen zonasına daxil olan dörd ölkədə — İslandiya, Lixtenşteyn, Norveç və İsveçrədə fəaliyyət göstərəcək.
EES sisteminin işə düşməsindən sonra digər mühüm dəyişiklik də gözlənilir — Avropa Səyahət Məlumatı və İcazə Sistemi (ETIAS). Bu sistemin istifadəyə verilməsi 2026-cı ilin sonunda planlaşdırılır. ETIAS, Aİ-yə daxil olmayan ölkələrdən gələn səyahətçilərdən 20 avro məbləğində rüsum ödəməyi və Şengen zonasına səfərdən əvvəl icazə almağı tələb edəcək.
Ulusum.az

Diqqət Çəkənlər
Oxşar xəbərlər:
Şərhlər:
İnformasiya
Guests qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
Son xəbərlər
daha çox
Cəmiyyət
Dünən, 10:30
Həmrəylik və Yeni İl Sevinci – 31 Dekabr
Cəmiyyət
28-12-2025, 17:53
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Cəmiyyət
26-12-2025, 17:04
Azərbaycandan incəsənət əsərlərinin ixracı ARTIB
Cəmiyyət
25-12-2025, 17:00
Hava haqqında xəbərdarlıq
Cəmiyyət
24-12-2025, 20:30
Gülbəniz Camalova qəfil vəfat etdi
Populyar Xəbərlər
Qazaxda gənclər arasında “Zəfər Tarixi”nə həsr olunan bilik yarışı keçirilib
Azərbaycanlı həkimlər Həmrəylik Günündə teatr tədbirində bir araya gəliblər
Hava haqqında xəbərdarlıq
2026 — Qürur, Birlik və Zəfər İli
Prezidentdən sürücülük vəsiqəsi ilə bağlı FƏRMAN